Xəbərlər

Kənd təsərrüfatı istehsalı 4,5% artıb
16 sentyabr, 2013 22:03

8 ay ərzində iqtisadiyyatın aqrar bölməsində ötən ildə olduğundan 4,5% çox kənd təsərrüfatı məhsulları istehsal edilib.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, o cümlədən bitkiçilik məhsulları istehsalı 3,9%, heyvandarlıq məhsulları istehsalı 5,2% artıb.

Məlumata əsasən, bu ilin sentyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2 806,9 min ton, yaxud keçən ilin müvafiq dövründə olduğundan 132,1 min ton çox taxıl, 736,3 min ton (29,5 min ton çox) kartof, 988,5 min ton (20,5 min ton çox) tərəvəz, 340,4 min ton (9,0 min ton çox) meyvə və giləmeyvə, 398,1 min ton (1,3 min ton çox) bostan məhsulları, 31,9 min ton (306 ton çox) üzüm, 2 169,4 ton (332,2 ton az) tütün, 399,3 ton (3,9 ton çox) yaşıl çay yarpağı toplanıb.

İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3,1% artaraq 304,7 min tona, süd istehsalı 7,1% artaraq 1 227,1 min tona, yumurta istehsalı 15,2% artaraq 914,6 mln. ədədə, yun istehsalı 4,2% artaraq 15,6 min tona çatıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.