Ceyms Uorlik ATƏT-in baş katibi ilə görüşüb
16 sentyabr, 2013 22:01
Bu gün ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanada ATƏT-in baş katibi Lamberto Zanyer ilə görüşüb
ERtv xəbər verir ki, tərəflər görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi, eyni zamanda
təhlükəsizlik məsəslələri, insanlar arasında etimad mühitinin yaradılmasını müzakirə ediblər.
C.Uorlik ötən həftə regiona ilk səfərini edib, Azərbaycan, Ermənistanda rəsmi görüşlər keçirib, eyni zamanda Dağlıq Qarabağda olub, təmas xəttində keçirilən monitorinqi müşayiət edib.