Xəbərlər

Kamilə Əliyeva: “İbrahimbəyov siyasətə uğursuz gəldi və uğursuz da getdi”
16 sentyabr, 2013 21:59

Rüstəm İbrahimbəyov siyasətə necə gəlmişdisə, siyasəti də o cür tərk etmək məcburiyyətində qaldı.

Yəni, tam uğursuzluq, tam fiasko, bunun başqa adı və izahı ola da bilməz.

Bunu ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva dilə gətirib.

Onun dediyinə görə, heç zaman siyasətlə yaxından məşğul olmayan bir insan siyasət meydanına atılmaq istərkən və Milli Şura adlı qeyri-ciddi qurumun vahid namizədi kimi prezidentlik iddiasına düşərkən, yanlış yolda olduğunu bilməli və anlamalı idi.

Millət vəkili bildirib ki, ancaq ölkə mətbuatına son müsahibəsi ilə tanınmış yazısı və kino-rejissor onunla bağlı verilmiş indiyə qədərki bütün proqnozları tam və bir daha doğrultdu:

“Biz hələ o zaman, istər Ziyalılar Forumu yaranarkən, istər, “EL” hərəkatı təsis olunarkən, istərsə də Milli Şura haqda söz-söhbətlər yeni-yeni ortaya çıxarkən bildirmişdik ki, siyasət İbrahimbəyovluq deyil, bu insan siyasət və idarəetmə adamı deyil və ola da bilməz. O, tanınmış yazıçıdır, ssenaristdir, kino-rejissordur, buna sözümüz və iradımız yox, amma siyasət onun yeri və meydanı deyil.

Ancaq o zaman cənab İbrahimbəyov özü başda olmaqla, bu gün özünün də etiraf etdiyi kimi, onu siyasətə, Milli Şura sədrliyinə və prezidentliyə namizədliyə doğru itələyənlər, təhrik edənlər bizə qarşı ən ağlasığmaz ittihamlar səsləndirir, ünvanımıza aşağılayıcı ifadələr yağdırırdılar... Sonda və nəticədə nə baş verdi və kimin dediyi düz çıxdı?

O baş verdi ki, Rüstəm İbrahimbəyov iddialarının baş tutmadığını, alınmadığını, əksinə onu siyasətə, prezidentliyə namizədliyə təhrik edənlərin qınaq obyektinə çevrildiyini görəndən sonra məlum bəyanatlarla çıxış etdi, yəni, müxalifətlə heç zaman yaxın olmadığını, prezidentliyə namizədliyə təhrik edildiyini, “müttəfiq”lərinin qanunlardan başları çıxmadığını, siyasətdən artıq getdiyini və sair, dilə gətirdi... Bəs biz nə deyirdik? Biz demirdik ki, siyasət bu adamlıq deyil və iddiaları təmin olunmayan kimi özü birinci mənsub olduğu düşərgəni, içində olduğu gəmini tərk edəcək?!

İndi bu adamlar - İbrahimbəyova görə bizləri təhqir edənlər nə üzlə və nə haqla siyasətdən, siyasi uzaqgörənlikdən danışırlar?! Rüstəm İbrahimbəyovla bağlı yaşananlar bir daha həm də onun təsdiqi oldu ki, bizim əksər müxaliflər, radikallar artıq siyasət səhnəsindən üzüsulu getməlidirlər”.

K.Əliyevanın bildirdiyinə görə, siyasət onların meydanı deyil, həmin adamlar gedib bacardıqları işin qulpundan yapışsalar həm özlərinə, həm də cəmiyyətə fayda vermiş olarlar:

“Siyasətlə siyasəti dərindən bilən insanlar, peşəkarlar məşğul olmalıdır. Siyasət naşı və təsadüfi adamların yeri və meydanı deyil”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.