"Rəvan" futbol klubunda yeni təyinat olub
14 sentyabr, 2013 15:26
Bu gün "Rəvan”da klubdaxili iclas keçirilib.
ERtv klubun saytına istinadən xəbər verir ki, rəhbərlik komandanın idarəetməsini gücləndirmək üçün Füzuli Əliyevi idman direktoru vəzifəsinə təyin edib.
Futbol veteranı bu gündən rəsmən vəzifəsinin icrasına başlayıb. Bir neçə il öncə "Muğan”da icraçı direktor postunda çalışmış Füzuli bəyin ötənlərin məşhur futbolçusu olduğunu da qeyd edək.