Bu gün Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilmiş “Lerikin mərkəzi xəstəxanasının pediatriya şöbəsinin təmiri layihəsinin başaçatma mərasimi keçirilib.
ERtv-nin bölgə müxbiri xəbr verir ki.tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, layihə üzrə qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Yerli idarəetməyə yardım” Ictimai Birliyi arasında 2013-cü ilin martın 4-də imzalanıb. Layihənin əsas məqsədi Lerik şəhərində və kəndlərində yaşayan uşaqlar üçün tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir.
Ümumi məbləği 123 min 246 ABŞ dolları təşkil edən layihədən isə faydalanacaq uşaqların sayı 22 min nəfər təşkil edir.
Hazırkı layihə də daxil olmaqla bu vaxta qədər Yaponiya hökuməti tərəfindən Lerik rayonunda 3 layihə üzrə qrant müqaviləsi imzalanıb.
Tədbirdən sonar xəstəxananın pediatriya şöbəsində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq olub