Sürücü sükan arxasında vəfat edib
15 sentyabr, 2013 15:18
Paytaxtın Nərimanov rayonunun K.Rəhimov küçəsində Bakı sakini Məzahim Rzayev “Mercedes” markalı avtomobilini idarə edərkən infarktdan dünyasını dəyişib.
ERtv xəbər verir ki, hadisə nəticəsində avtomaşın yoldan çıxaraq Bakı sakini Hüseynpaşa Səmədovun eləcə də Minarə Hüseynovanın idarə etdikləri “Hyundai” markalı nəqliyyat vasitələrinə dəyərək dayanıb.