Meksikada "İnqrid" qasırğası tüğyan edir
15 sentyabr, 2013 15:16
Meksikada "İnqrid" qasırğası tüğyan edir.
ERtv xəbər verir ki, qasırğanın yaratdığı sel və daşqınlar nəticəsində 4 nəfər həlak olub.
O cümlədən, yaşayış məskənlərinə, kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Verakruz ştatının şərq bölgəsindən 5 mindən çox insan evakuasiya edilib.
Bir sıra ştatlarda da həyəcan elan edilib və əhalini fəlakət bölgəsindən uzaqlaşdırmaq üçün ölkənin bütün təhlükəsizlik qüvvələri, ordu, FHN-nin xiasedici dəstələri səfərbər olunub.