Gürcüstanda avtobusun dərəyə yuvarlandı
14 sentyabr, 2013 15:12
Qərbi Gürcüstanda mikroavtobusun qəzaya uğraması nəticəsində 17 nəfər xəsarət alıb.
ERtv APA-ya istinadən xəbər verir ki, yol polisinin məlumatına görə, Acarıstanın Beşumi kurortu yaxınlığında sərnişinlə dolu mikroavtobus yoldan çıxaraq dərəyə düşüb.
Xəsarət alan 17 sərnişindən 7 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir. Yaralılar Batumi xəstəxanasına gətirilib.
Xəsarət alanlar arasında 2 əcnəbi turist var. Qəzanın səbəbləri araşdırılır.