Bakı şəhərinin Xətai rayonunda yeni avtomobil yolu salınır.
ERtv APA-ya istinadən xəbər verir ki, artıq bir neçə aydır ərazidə tikinti işləri aparılır.
Uzunluğu 2 kilometr, eni 45 metr olacaq yolun 1,4 kilometri Nobel prospektinə paralel olacaq, yolun qalan hissəsi isə dənizə perpendikulyar çəkiləcək.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəriPünhan Mürsəliyevin sözlərinə görə, həmin paralel yol 8 zolaqlı, dənizə perpendikulyar olacaq hissəsinin isə 6 zolaqlı olması nəzərdə tutulub.
Dənizkəranı avtomobil yolunda piyada keçidləri ilə yanaşı, piyadaların rahat hərəkət etməsi üçün səkilər də salınacaq.
P. Mürsəliyev əlavə edib ki, tikinti işləri vaxtında və heç bir maneəsiz icra olunarsa, yolun tikintisi bu ilin sonu, gələn ilin əvvəlinə yekunlaşacaq.