Xəbərlər

Azərbaycanın Vyetnamdakı səfirliyində ilk giriş vizasının təqdimetmə mərasimi keçirilib
15 sentyabr, 2013 14:51

13 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında bu il təsis edilmiş səfirliyi tərəfindən Azərbaycana təqdimetmə mərasimi keçirilib.

ERtv Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk viza Bakı Dövlət Universitetinə daxil olmaq məqsədilə Azərbaycana səfər edən vyetnamlı gəncə təqdim olunub.

Tədbirin məqsədi Azərbaycan səfirliyi tərəfindən artıq vizaların rəsmiləşdirilməsinə başlanmasının elan olunması, eyni zamanda Azərbaycan ali məktəblərində təhsil imkanları barədə vyetnamlı gənclərin məlumatlandırılması olub.

Tədbirdə millət vəkilləri, diplomatik korpusun nümayəndələri, bir sıra hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri, Vyetnam Dövlət Televiziyasının və digər yerli media nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Ngo Duc Manh və "Petrovyetnam" şirkətinin İdarə Heyətinin üzvü Vu Khanh Truong çıxış ediblər.

Tədbirdə Azərbaycanın Vyetnamda səfirliyinin açılmasının vacibliyi vurğulanıb, bu hadisənin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyi qeyd olunub. Çıxış edənlər Vyetnamın bir sıra dövlət və hökumət üzvlərinin Azərbaycanda təhsil aldığını vurğulayaraq gəncləri bu ənənəni davam etdirməyə çağırıblar.

Tədbir zamanı azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sektorunun inkişafına verdiyi töhfə xüsusilə qeyd edilib, iki xalq arasında ənənəvi dostluq əlaqələrinin olduğu vurğulanıb. Tədbirin davamında Azərbaycan haqqında film nümayiş etdirilmiş və ölkəmizin ali təhsil məktəbləri barədə geniş təqdimat olub.

Tədbir Vyetnam Dövlət Televiziyası tərəfindən yayımlanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.