Azərbaycanlı döyüşçü çempion titulunu qorudu
13 sentyabr, 2013 20:13
Krasnoyarskda İvan Yarıqin adına İdman Sarayında “Diamond Fight”ın “Rusiya Dünyaya qarşı” beynəlxalq turniri baş tutub.
ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bir gecədə izləyicilər 15 möhtəşəm döyüş görüblər.
Döyüşlər MMA, K-1 və muay-tay qaydaları il keçirilib. Gecənin əsas döyüşü Azərbaycandan olan Seymur Kərimovla Özbəkistandan olan Əhməd Alimbekov arasında olub. İdmançılar WDFA versiyası üzrə Dünya Çempionu titulu uğrunda mübarizə aparıblar.
Döyüş 3 raund davam edib. Hakimlərin qərarı ilə Seymur Kərimov qalib gəlib.