Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələrini elan edib.
ERtv-nin məlumatına görə, nəticələr bu gün saat 16:15-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.
TQDK-dan verilən məlumata görə, boş qalan 2135 plan yerinin müsabiqəsində iştirak etmək üçün 6567 abituriyent ərizə təqdim edib. Onlardan 1884 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qeyd edək ki, qəbul olanlar sentyabrın 16-dan sentyabrın 19-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.