Tələbə qızı zorlayan kişilər asılacaq
13 sentyabr, 2013 20:05
Hindistanda məhkəmə 23 yaşlı tələbənin qrup şəklində zorlanmasında və qətlində ittiham olunan 4 kişini ölüm hökmünə məhkum edib.
ERtv xarici mətbuata istinadən xəbər verir ki, onları asılma yolu ilə edam gözləyir.
Ölüm hökmü Hindistan Ali Məhkəməsi qərarı təsdiq etdikdən sonra qüvvəyə minəcək. Bunadək isə kişilər şikayət edə və ölkə prezidentindən bağışlanmaq diləyə bilərlər.
İnsident ötən ilin dekabrında baş verib. Qız sevgilisi ilə avtobusda gedərkən kişilər onlara təcavüz ediblər. Qız bir saat ərzində zorlanıb. Daha sonra isə onu və yanındakı oğlanı döyərək gedə-gedə avtobusdan yerə atıblar. Bir neçə gündən sonra tələbə qız xəstəxanada keçinib.