Əhalinin banklardakı əmanətləri 6 milyard manata çatıb
13 sentyabr, 2013 19:59
Əhalinin banklardakı əmanətlərinin məbləği avqust ayının 1-nə 6 milyard manata çatıb.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da keçən ilin müvafiq dövrünə nisbətən 36.3 faiz artım deməkdir.
Milli valyuta ilə vəsait qoyuluşu 3.6 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.4 milyard manat olub.