"Xəzər-Lənkəran" "Bakı" ilə oyuna hazırlaşır
12 sentyabr, 2013 20:16
“Bakı”ilə oyunun hazırlığını sürdürən “Xəzər Lənkəran” bu gün axşam saatlarında əsas meydanda növbəti məşqini keçirib.
ERtv klubun saytına istinadən xəbər verir ki, ilk olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin sərəncamında isinmə hərəkətlərini yerinə yetirən futbolçular daha sonra qısaldılmış meydanda 45 dəqiqəlik iki tərəfli oyun keçirdi.
Baş məşqçi Con Toşakın müxtəlif tapşırıq və iradları ilə müşaiyət olunan məşqdə ölkəsinin yığmasından dönən Nikola Gliqorovda iştirak edirdi ki, adıçəkilən futbolçunun da dönüşündən sonra “Xəzər Lənkəran” tam heyətlə VI turun ev oyununa hazırlığını davam etdirir. Sabah isə komanda “Bakı” ilə oyunöncəsi son məşqinə çıxacaq.