UEFA klub reytinqinin növbəti siyahısı açıqlandı.
ERtv xəbər verir ki, yeni siyahıda Premyer Liqa klublarımız arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur.
UEFA Avropa Liqasının pley-off mərhələsinə kimi irəliləyən və qrupun bir addımlığında mübarizəni dayandıran Qurban Qurbanovun yetirmələri 237 komandanın yer aldığı siyahıda 43-cü yeri tutur. Digər klublarımızdan “Neftçi” 74-cü, “Xəzər-Lənkəran” 119-cu, “İnter” isə 120-ci pillədə qərarlaşıb.
Son beş mövsümün siyahısında da Azərbaycan klubları arasında “Qarabağ” liderdir. Belə ki, ötən mövsümdən fərqli Ağdam təmsilçisi 39 pillə irəliləyərək 453 komanda arasında 189-cu yeri tutur.
Ümumilikdə isə “İnter” 276-cı, “Bakı” 279-cu, “Xəzər-Lənkəran” 299-cu, AZAL 377-ci, “Simurq” isə 379-cu yeri tutur.
Reytinq cədvəlinə İspaniyanın “Barselona” klubu başçılıq edir. “Bavariya” ikinci, “Real” (Madrid) isə üçüncüdür.