Yanan quyunun ətrafında təmizlik işlərinə başlanır
12 sentyabr, 2013 19:59
“Bulla-Dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətidə işlər davam etdirilir.
ERtv SOCAR-a istinadən xəbər verir ki, ötən gün xaricdən gətirilmiş avadanlıqlar “Şirvan” gəmisinin üzərində quraşdırılıb.
Əlavə olaraq gəminin oxunun soyudulması üçün daha bir xətt çəkilib və su nasosları ilə təchiz olunub.
Hazırda həmin əlavə xəttin sınaq işləri aparılır. Eyni zamanda özül “Vixr” və “Caspian Support” gəmiləri vasitəsi ilə fasiləsiz olaraq soyudulur.
“Barra” gəmisinin üstündə quraşdırılmış nasoslardan özülə bir neçə soyutma xətti çıxarılıb və yanan quyunun ətrafında təmizlik işlərinə başlanılır.