Xəbərlər

Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında milli informasiya agentliklərinin rolu müzakirə edilib
12 sentyabr, 2013 19:57

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələrin inkişafında hər iki ölkənin milli informasiya agentliklərinin mühüm rolu vardır.

Bu fikri BƏƏ-nin Azərbaycandakı səfiri Salim Xəlifə Məhəmməd əl-Ğıfli sentyabrın 12-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) baş direktor Aslan Aslanov ilə görüşdə söyləmişdir.

Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında milli informasiya agentliklərinin rolunun müzakirə olunduğu görüşdə səfirə AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, AzərTAc BƏƏ-nin WAM İnformasiya Agentliyi ilə sıx əlaqə qurmuşdur. Hər iki informasiya qurumu Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri (OANA) və Beynəlxalq İslam Ölkələri Xəbər Agentlikləri təşkilatlarının üzvü kimi yaxından əməkdaşlıq edir.

WAM və AzərTAc-ın informasiya mübadiləsinə dair müqavilə imzalamasının əhəmiyyətini vurğulayan səfir Salim Xəlifə Məhəmməd əl-Ğıfli bu sənədin ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da möhkəmlənməsinə xüsusi töhfə verəcəyinə əminliyini bildirmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.