Milli Şuranın sədri Rüstəm İbrahimbəyov, prezidentliyə namizədi Cəmil Həsənli və icra aparatının rəhbəri Eldar Namazovun London səfərinin məqsədlərinə dair müxtəlif ehtimallar irəli sürülüb.
Bir müddət əvvəl “El” hərəkatından istefa verərək, eyni adda təşkilat yaradan Əflan İbrahimov da Milli Şura təmsilçilərinin London səfəri haqqında ERtv-yə maraqlı açıqlama verib:
“Əslində, onların Londonda görüşmələri birmənalı seçki ilə bağlı deyil - bilirlər ki, uğur qazanmaqları mümkün deyil.
Eyni zamanda, Londonda Rüstəm İbrahimbəyovla Eldar Namazovun Cəmil Həsənlini şirnikləndirərək, öz tərəflərinə çəkmək ehtimalı da inandırıcı deyil.
Çünki Namazovun özü Milli Şuranın namizədi olmaq istəyirdi - bu, alınmayandan sonra onları maraqlandıran tamam başqa məsələdir.
Şübhə etmirəm ki, bu adamların London görüşündə əsas müzakirə məsələsi İbrahimbəyov vasitəsilə xaricdən cəlb olunacaq vəsaitlərin bölüşdürülməsidir”.