Şvartsenegger və Kliçko görüşdülər
11 sentyabr, 2013 21:24
Tanınmış Hollivud aktyoru Arnold Şvartsenegger boks üzrə dünya çempionu Vladimir Kliçko ilə dostcasına şəkil mübadiləsindən daha irəli gedərək onun yanına gəlib.
ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Arni gözlənilmədən Vladimirin Avstriyanın Qoinq şəhərindəki məşq düşərgəsinə gəlib və onu elə rinqdə yaxalayıb.
Ulduz ziyarəti barədə Vladimirin məşqçisi Conatan Benks danışıb və ilk olaraq, bu görüşdən olan şəkilləri paylaşıb.