“Taksim” yenə qarışdı
11 sentyabr, 2013 21:23
İstanbulda polis sentyabrın 10-da etiraz edənləri gözyaşardıcı qaz və su maşınlarından istifadə edərək dağıdıb.
ERtv-nin Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, etirazlara səbəb hökumətə qarşı aksiyada iştirak edən 22 yaşlı Ahmet Atahanın nümayişlərdə ölməsi olub.
Etirazçılar “Taksim” meydanına toplaşmaq istəyib, ancaq polis onları yaxın küçələrə sıxışdırıb və böyük insan qruplarının yaxınlaşmasının qarşısını alıb. Nəticədə ən azı 40 nəfər saxlanılıb.
“Taksim” meydanından gələn gözyaşardıcı qaza görə, Türkiyə və İsveçin gənclər komandaları arasında Rəcəb Tayyib Ərdoğan adına stadionda keçirilən UEFA oyunu bir müddət dayandırılıb.