Xəbərlər

“Caspian-European Tourism Club”un müşavirəsi keçirilib
11 sentyabr, 2013 21:20

Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) tərkibində fəaliyyət göstərən “Caspian-European Tourism Club”un qapalı müşavirəsi keçirilib.

Tədbirə “Grand Hotel Europe” otelinin baş meneceri, “Caspian-European Tourism Club”un həmrəhbəri Elgün Məmmədov sədrlik edib.

ERtv xəbər verir ki, müşavirədə Azərbaycandakı otellərin, aviaşirkətlərin və turizm şirkətlərinin rəhbərləri iştirak ediblər.

Sözügedən tədbir CEİBC-yə üzv olan şirkətlərin ölkənin mədəniyyət və turizm, nəqliyyat, maliyyə, vergi, iqtisadi inkişaf, əmək və sosial müdafiə nazirləri, eləcə də Mərkəzi Bankın, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Milli Məclisin rəhbərliyi ilə görüşünə hazırlıq çərçivəsində baş tutub.

CEİBC-nin baş icraçı direktoru Telman Əliyev tədbir iştirakçılarına klubun məqsədlərindən və vəzifələrindən danışıb. O, biznes-hakimiyyət dialoqunun yaradılması məqsədilə iqtisadiyyatın müxtəlif sahələrinin nümayəndələri üçün belə tədbirlərin təşkilinin vacib olduğunu qeyd edib və əlavə edib ki, şirkətlər biznes mühitinin yaxşılaşmasına kömək edə biləcək dövlət qurumlarının nümayəndələrinə təklifləri özləri etməlidirlər.

Elgün Məmmədov Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin ölkədə turizm sektorunun inkişafındakı xüsusi rolunu qeyd edib. O, şirkətlərə yalnız problemlər barədə bəhs etməməyi, həm də sözügedən problemlərin həlli yollarını göstərmələrini təklif edib.

Eləcə də o, şirkətlərə Azərbaycanın nüfuzunun yüksəldilməsində daha fəal iştirak etməyi tövsiyə edib.

Şirkətlər maliyyə sahəsində onları maraqlandıran sualları və problemləri müzakirə ediblər və onların həlli yollarını nəzərdən keçiriblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.