Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.
ERtv xəbər verir ki, MSK Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin prezidentliyə namizədlikləri rəsmi olaraq qeydə alınıb.
İclasda bildirilib ki, bu şəxslərin təqdim etdikləri imza vərəqələri yoxlanılıb onların namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.
MSK Lideral Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən, bu partiyanın sədri Fuad Əliyevin namizədliyini qeydə almayıb. Belə ki, F.Əliyev tərəfindən təqdim olunan imzalardan yoxlama zamanı 8 min 186-sı doğru olmayıb.
Xatırladaq ki, indiyə qədər MSK İlham Əliyevin, İqbal Ağazadənin, Zahid Orucun namizədliklərini qeydə almışdı.