Azərbaycanda həmişə seçki kampaniyasının təşkilinə (həm parlament, həm də prezident) ciddi yanaşırlar.
ERtv xəbər verir ki, bu barədə MDB Parlament Assambleyasından (PA) olan nümayəndə qrupunun koordinatoru Leonid Slutski qurumun rəsmi saytına bildirib.
“Biz gözləyirik ki, Azərbaycanda bu ilin oktyabr ayında baş tutacaq növbəti prezident seçkiləri qəbul olunan bütün beynəlxalq demokratik norma və standartlara uyğun şəkildə keçiriləcək”.
MDB PA Şurasının baş katibi Aleksey Sergeyev isə bildirib ki, hazırda Azərbaycanda qurumun uzunmüddətli müşahidəçiləri işləyir:
“Təşkilatın mütəxəssislərinin Azərbaycan Respublikasının seçki qanunvericiliyinin beynəlxalq demokratik standartlara uyğunluğu barədə gəldiyi nəticələr informasiyanın monitorinqi zamanı əldə edilmiş peşəkar və qərəzsiz analizin əsasında alınıb”.