Xəbərlər

Mikayıl Cabbarov məktəblərdə “Şahmat” fənninin tədrisinin davam etdirilməsi tədbirləri haqqında əmr imzalayıb
07 sentyabr, 2013 17:37

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisinin davam etdirilməsi tədbirləri haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən ERtv-yə verilən xəbərə görə, “Şahmat” fənninin tədrisinin şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynadığını nəzərə alınaraq, həmin fənnin tədris olunduğu pilot ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi məqsədilə verilən əmrdə qeyd olunur ki, 2013-2014-cü dərs ilindən “Şahmat” fənninin II sinifdən başlayaraq tədris olunması nəzərdə tutulan yeni pilot ümumtəhsil məktəblərinin siyahısı təsdiq edilsin, 2011-2012-ci və 2012-2013-cü dərs illərində pilot müəssisə kimi müəyyən olunmuş ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisi müvafiq siniflər üzrə 2013-2014-cü dərs ilində davam etdirilsin.

Əmrdə bildirilir ki, “Şahmat” fənni II, III və IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə 1 saat tədris olunsun, bu fənn üzrə IV siniflərin tədris planı və proqramları təsdiq edilsin, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi yeni müəyyən olunmuş pilot ümumtəhsil məktəblərində “Şahmat” fənnini tədris edəcək müəllimlər üçün cari ilin avqust-sentyabr aylarında təlim kursu təşkil etsin.

Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.