“Piast” “Qarabağ”la oyunda azarkeşlərin irqçi şüarlar səsləndirdiyinə görə cəzalandırılıb
07 sentyabr, 2013 17:36
UEFA nəzarət-intizam komissiyası UEFA Avropa Liqasının bu yaxınlarda baş tutan oyunları barədə bir sıra qərarlar qəbul edib.
ERtv-nin UEFA-nın saytına istinadən verdiyi xəbərə görə, Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Polşada baş tutan “Piast” və “Qarabağ” arasındakı cavab oyununda azarkeşlərin nalayiq hərəkətlərinə görə, daha dəqiq desək, irqçi bannerin nümayiş olunmasına görə ev sahibləri cəzalandırılıblar.
Polşa klubu UEFA turnirlərində növbəti ev oyununu qismən bağlı tribunalar əhatəsində keçirəcək. Bundan əlavə, Qlivitsedən olan komanda 5000 avro cərimə olunub.