Sentyabrın 22-dən 25-dək Milli Kitabxananın 90 illik yubiley ilə bağlı tədbirlər keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən ERtv-yə verilən məlumata əsasən, kitabxanadan verilən məlumata görə, yubiley tədbirləri çərçivəsində Bakıda Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının 27-ci illik görüşü keçiriləcək.
Həmçinin Avrasiya Kitabxanalar Assambleyası (BAE) əməkdaşlıq təşkilatının XV iclası baş tutacaq.
Tədbirlərdə 40-dan çox ölkədən milli kitabxana direktorlarının - ümumilikdə 65 nəfər qonağın iştirakı gözlənilir.
Qonaqlar həmçinin sentyabrın 23-də III Bakı Beynəlxalq Kitab Sərgi yarmarkanın açılış mərasimində də iştirak edəcəklər.
15-dən artıq ölkənin milli kitabxanası öz eksponatlarını sərgi-yarmarkada nümayiş etdirəcək. Sərgi yarmarkanın sonunda kitablar Milli Kitabxanaya hədiyyə olunacaq.