Xəbərlər

Milla Yovoviçin Bakıda hansı brendin reklamında çəkiləcəyi məlum oldu
06 sentyabr, 2013 17:29

Bu gün Hollivud ulduzu Milla Yovoviç Azərbaycanda süd məhsullarının aparıcı istehsalçısı olan “Milla” şirkətinin televiziya reklamında çəkilmək üçün Bakıya gəlib.

ERtv xəbər verir ki, “Bruketa&Zinic OM Baku” reklam şirkəti və “Milla” son dörd ay ərzində bu reklam kampaniyasına hazırlıq və xanım Yovoviçin Bakıya səfərinin təşkili üzərində iş aparıb.

Milla Yovoviç dörd gün ərzində Azərbaycanın müxtəlif tarixi və gəzməli-görməli yerləri fonunda “Milla” brendi üçün çəkilişlərdə iştirak edəcək. Reklam çarxı bu payız televiziya ekranlarında efirə gedəcək.

“Bruketa&Zinic OM Baku” şirkətinin icraçı direktoru Helena Rozandiç bildirib:

“Milla Yovoviçi Bakıda görməyimizə çox şadıq. Bu ideya biz “Milla” brendini təqdim etmək üçün firmanın əsas siması barədə düşünərkən ağlımıza gəldi. Düşündük ki, məhz Milla Yovoviç bu ölçülərə tam uyğun gəlir. Əminik ki, bu strategiya müştərimizin istehlakçıların etibar edə biləcəkləri yüksək keyfiyyətli süd məhsulları istehsalçısı kimi imicinin artmasına kömək edəcək.

Biz son illər ərzində Bakıya bir neçə məşhuru dəvət etmişik, lakin Milla Yovoviç Bakıda reklam çəkilişlərində iştirak edəcək ilk Hollivud aktrisası olacaq. Bu, Azərbaycana özünü geniş marketinq imkanlarına malik mütərəqqi bazar kimi təqdim etmək üçün daha çox imkan verəcək”, - deyə o bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.