Xəbərlər

Almaniyada “4-cü Azərbaycan-Alman Tibb Günləri”nin açılış mərasimi keçirilib
07 sentyabr, 2013 17:26

Almaniyanın Zigen şəhərində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti( GAMCA) ənənəvi tədbirlərindən biri olan “4-cü Azərbaycan-Alman Tibb Günləri”nin açılış mərasimi keçirilib.

ERtv xəbər verir ki, tədbiri St.Marien Krankenhaus klinikasının rəhbəri cənab Winkelmanın giriş sözü ilə başladı.

Cənab Winkelmann çıxışı zamanı toplaşan qonaqları xəstəxananın işçi həyəti ilə tanış etdi, klinikanın tibbi-texniki bazası haqda geniş məlumat verdi, xəstəxanada çalışan və mütəmadi olaraq praktik mübadilə proqamlarının iştirakçıları olan azərbaycanlı həkim, rezident və tibb tələbələrinə xəstəxana rəhbərliyi tərəfindən yaradılmış şəraitdən, onlara göstərilən qayğı və dəstəkdən söz açdı və hər zaman bu əməkdaşlıqdan məmnun olduğunu bildirdi.

Professor Dr.F.Willeke qonaqları Azərbaycan dilində salamladı, tədbirin təşkilatçılarına və idarə heyətinə işlərində uğurlar arzuladı, ona təqdim olunan  milli xalçamızın naxışları arasında əks etdirilmiş St.MarienKrankenhaus klinikasının  simvolunu bir araya gətirən qədim Azərbaycan xalçasını yüksək dəyərləndirdi.

Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri Prof.Dr.Q. Müslümov  öz növbəsində  tədbir iştirakçılarını salamladı, layihə haqqında geniş məlumat verdi,4 gun davam edəcək konfransın ümumi gedişatı ilə hər kəsi tanış etdi.

Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov Azərbaycan-Almaniya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinin, Almaniyanın müxtəlif şəhərlərində Azərbaycan tarixini,mədəniyyətini,ictimai-siyasi həyatını əks etdirən tədbirlərin keçirilməsinin,xüsusilə tibb sahəsində əldə edilən uğurların günü-gündən inkişaf etməsinin əhəmiyyətindən danışdı.
Almaniya Bundestaqının Deputatı,Almaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədr müavini xanım H.Daub qısa nitq ilə çıxış etdi,konfransın gedişatına uğurlar arzuladı.
Azərbaycanın millət vəkilləri cənab Ceyhun Osmanlı, Qənirə Paşayeva ölkəmizdə və ölkə hüdudlarında gənclər üçün yaradılmış şəraitdən, xaricdə təhsil proqramının  geniş imkanlarından bəhs etdi.

Tədbirdə həmçinin Milli Onkologiya Mərkəzinin elmi katibi  R.Hüseynova geniş elmi məruzə ilə çıxış etdi.

Sonda təşkil olunmuş Azərbaycan gecəsində qonaqlar Azərbaycan musiqiləri altında milli mətbəx nümunələrinə qonaq edildi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.