Son günlər ölkə mediasında, İranda kütləvi sürətdə vəba xəstəliyinin yayılması ilə bağlı məlumatlar yer almaqdadır.
Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyası İranda baş qaldıran vəba xəstəliyinin Azərbaycana keçə biləcəyini deyir.
Əlbəttə, bu məsələdən daha çox, İranla sərhəddə yerləşən sərhəd rayonlarının vətəndaşları narahatdır.
ERtv-nin bölgə müxbiri Astarada, Astara Gömrük İdarəsində, keçid məntəqəsində olaraq vətəndaşların fikirlərini öyrənib. Ölkə vətəndaşlarımız xəbərin şayiə olduğunu və iki dost, qardaş dövlət arasında nifaq salmaq niyyətinə xidmət etdilklərini deyirlər.
İrandan Azərbaycana gələn İran vətəndaşları da ölkələrində hər hansı bir kütləvi xəstəliyin olmadığını və bunun kimlər tərəfindənsə məqsədli şəkildə yayıldığını deyirlər. “İranda hər hansı bir pis xəstəlik yoxdur. Əgər nəsə olsaydı dövlət elan verərdi və qabaqlayıcı tədbirlər görərdi. Bəzi dövlətlər var ki, İranı dost ölkələrin gözündən salmaq üstün belə bir şayiə buraxırlar” -deyə qonşu dövlətin sakinləri bildirdilər.