Xəbərlər

İxtiraçılıq sahəsində nailiyyətlərə görə I respublika müsabiqəsi keçiriləcək
06 sentyabr, 2013 17:20

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ixtiraçılıq sahəsində nailiyyətlərə görə I respublika müsabiqəsi elan edir.

Komitənin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, müsabiqə aşağıdakı mövzular üzrə keçiriləcək:

- ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqi yolu ilə respublikada elmi biliklərin, yaradıcılığın, iqtisadiyyatın aktual problemlərinə maraqlı tərəflərin cəlb edilməsinə yardım göstərilməsi;

- “Elm və texnologiyaların prioritet  istiqamətləri və perspektiv ixtiralar” toplusunun hazırlanması, bu sahədə məlumat bazasının yaradılması;

- ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlər.

Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim olunacaq.
Müsabiqə 2012-ci ildə qeydiyyata alınan ixtira patentləri üzrə keçirilir. Müsabiqəyə 2012-ci ildə Avrasiya Patent İdarəsində qeydiyyata alınan milli ixtiraçıların patentləri də təqdim oluna bilər.

Müsabiqədə iştirak etmək istəyən  şəxslər  aşağıdakı sənədləri təqdim etməlidir:

- Təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən Ərizə. (Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır);

- Patentin əsli ilə birlikdə surəti;
 
- Patentə  məxsus ixtiranın bütün materialları (ixtiranın  təsviri, düsturu, referatı, texnoloji sxemi, çertyoju və s.);

- Mümkün istifadə sahəsi göstərilməklə  əhəmiyyəti, ixtiranın  səmərəsi barədə     əsaslandırılmış   məlumatlar;

- Patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən Etibarnamə (zərurət olduqda);

- Patentlə bağlı patent sahibi tərəfindən zəruri sayılan digər sənədlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədləri SMPDK-nın Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinə (AzPATENT) (Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124) 2013-cü il noyabr ayının 1-nə kimi həftənin iş günləri saat 14:30-dan 17:30-dək təqdim edə bilərlər.

Daha ətraflı məlumat almaq üçün  449-99-59 nömrəli telefonla AzPATENT-ə (əlaqələndirici şəxs: Alı İsmayılov)  müraciət etmək olar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.