Vladimir Putin: "Rusiya hərbi müdaxilə halında Suriyaya yardım edəcək"
06 sentyabr, 2013 17:02
Rusiya hərbi müdaxilə halında Suriyaya silah tədarükü və iqtisadi sahədə əməkdaşlıq yolu ilə bu ölkəyə yardım edəcək.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin G-20 sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bəyan edib.
"Suriyaya kömək edəcəyikmi? Bəli. Elə indi də kömək göstəririk. Suriyaya silah veririk, iqtisadi sahədə əməkdaşlıq edirik. Ümid edirəm ki, humanitar sahədə əməkdaşlıq daha sıx olacaq, o cümlədən hazırda çox ağır vəziiyətdə olan mülki əhaliyə humanitar yardımlar göstəriləcək”.