Barak Obama: "Suriyaya zərbə məhdud və proporsional olacaq"
06 sentyabr, 2013 17:01
ABŞ prezidenti Barak Obama Suriyada vurulacaq obyektlərin siyahısının genişləndirilməsinə dair göstəriş vermədiyini bəyan edib.
ERtv APA-ya istinadən xəbər verir ki, Obama mətbuatda yayılmış məlumatların doğru olmadığını bildirib.
"Bu məlumatlar dəqiq deyil ", - deyə ABŞ prezidenti G-20 sammitinin yekunlarına dair brifinqdə bildirib. O qeyd edib ki, Suriyaya zərbə məhdud və proporsional olacaq.