Xəbərlər

2015-ci ilədək Bakıda yeni yollar salınacaq
07 sentyabr, 2013 16:59

2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıda bir sıra yolların salınması planlaşdırılır.

ERtv xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilmiş və Təşkilat Komitəsinə təqdim edilmiş “Tədbirlər Planında” yol qovşaqlarının, piyada keçidlərinin tikintisi ilə yanaşı, avtomobil yollarının tikintisi və yenidən qurulması nəzərdə tutulub.

Qurumun sədri qeyd edib ki, plana görə Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağı, Ziya Bünyadov prospekti üzərində yol qovşaqları tikiləcək.

O həmçinin əlavə edib ki, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına qədər yolun tikintisi və s. işlər nəzərdə tutulub.

Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin Baş Məclisində I Avropa oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabr ayında qəbul edilib.

Tədbirin müvəffəqiyyətlə keçirilməsi məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.