Müvəkkil kredit təşkilatları vasitəsilə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən 59 sahibkara 788 min manat güzəştli kredit verilib.
ERtv-nin İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3121 investisiya layihəsinin maliyyələşdirilməsinə 227,6 milyon manat güzəştli kredit verilib.
“Bu kreditlər hesabına 9200-dən çox yeni iş yeri yaradılacaq. İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 123,3 milyon manat güzəştli kredit verilib”.