Xəbərlər

İbrahimbəyov da Müsavata qarşı çıxdı: “Lalə Şövkətin tərəfindəyəm”
07 sentyabr, 2013 16:55

Milli Şurada absurd bir vəziyyət yaranıb. Qurumun sədri olan Rüstəm İbrahimbəyov, təşkilatda qalan yox, onu tərk edən şəxsin müdafiəsinə qalxıb.

Belə ki, Milli Şuranı tərk edən Lalə Şövkəti müdafiə edən Rüstəm İbrahimbəyov da Müsavata qarşı çıxıb.

ERtv xəbər verir ki, kinorejissor mətbuata son açıqlamasında Müsavat Partiyası  və “Yeni Müsavat” qəzeti ilə ALP lideri və onun tərəfdarları arasında yaranan ixtilafdan, daha doğrusu, eks-dövlət katibinin Milli Şuranı tərk etməsindən xəbərsiz olduğunu iddia etsə də, sonuncu şəxsin tərəfində olduğunu da gizlətməyib.

“Dəqiq informasiyam yoxdur. Lalə Şövkətin də müəyyən narazılığı var, bunu bilirəm. Amma onun Milli Şuradan çıxmaq niyyəti yoxdur. Hesab edirəm ki, Lalə Şövkət belə bir addım atmaz”, - deyən R.İbrahimbəyov bildirib ki, L.Şövkət Milli Şuradan çıxması haqda heç kimə heç nə deməyib:

“Bu informasiyanı kimin yaydığını bilmirəm”.

“Lalə Şövkətin narazılığı nə ilə əlaqəlidir” sualına cavabında isə R.İbrahimbəyov qeyd edib ki,  L.Şövkətin narazılığı çox əsaslıdır, köklü səbəbləri var.

 “Narazılığın nədən ibarət olmasını açıqlamıram, özləri istəyirlərsə, narazılığın nə olduğunu desinlər. Amma mən Lalə Şövkətin tərəfindəyəm”, - deyə o, sözlərinə əlavə edib.

Qeyd edək ki, R.İbrahimbəyov xəbərsiz olduğunu desə də, ALP sədri Əvəz Teymurxan mətbuata Lalə Şövkətin Milli Şuradan çıxması üçün müraciət etdiyini və onu Liberal partiyasından digər bir şəxs əvəz edilməsi barədə müraciət etdiyini deyib. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.