Rəsul Quliyev: “Cəmil Həsənli prezident ola bilməyəcək”
06 sentyabr, 2013 10:24
Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçkidə qələbə qazanacağı şansını tanımadı.
ERtv xəbər verir ki, modern.az-a danışanRəsul Quliyev üzvü olduğu Milli Şuranın seçkilərdə qalib gələ bilməyəcəyini etiraf edib.
Eks-spiker Milli Şuranın namizədi C.Həsənlini dəstəkləsə də, onun prezident ola bilməyəcəyi qənaətindədir:
“Cəmil Həsənlinin prezident seçkisini udacağına inanmıram. Mən qeyd etdim ki, Cəmil Həsənlini dəstəkləyəcəyəm, demədim ki, onun udacağına inanıram. Sadəcə olaraq bəzi adamların “Rəsul Quliyev qoymadı, yoxsa Cəmil Həsənli prezident seçiləcəkdi” kimi cəfəngiyatının əvvəlcədən qarşısını almaq istəyirəm”.