Xəbərlər

Bu gün Səyavuş Aslanın doğum günüdür
05 sentyabr, 2013 17:05

Bu gün xalq artisti Səyavuş Aslanın doğum günüdür.

Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda dünyaya gəlib.

Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və burda, “Kəndimizin mahnısı”nda Bayram, “Özümüz bilərik”də İbişov, “Altı qızın biri Pəri”də Firuzbala, “Ulduz”da Şubay, “Hicran”da Dadaşbala, “Qaçırılmış qız”da Qəmzəli, “Lənət sənə, kor şeytan”da Misir Nəsir, “Əlli yaşında cavan”da Orduxan bəy kimi bir çox obrazların mahir ifaçısı olub. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradır.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edən Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

Sevilən aktyor bu il iyunun 17-də Bakıda vəfat edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.