Qadın atletimiz Avropa Çempionatının mükafatçısı oldu
05 sentyabr, 2013 16:57
Litvanın Klaypede şəhərində keçirilən gənclər arasında ağır atletika üzrə Avropa Çempionatında Azərbaycan təmsilçiləri daha bir medal qazanıblar.
ERtv-nin verdiyi xəbərə görə, 17 yaşlıların qrupunda 53 kq-a qədər olan çəki kateqoriyasında Gülçin Əlizadə 2 hərəkətdə 150 kq qaldıraraq 3-cü yerə çıxıb.
Qeyd edək ki, bundan əvvəl yarışmada Azərbaycanı təmsil edən Mərziyə Məhərrəmova (48 kq, U-17) bürünc medal, Rüstəm İmanzadə isə (62 kq, U-15) qızıl medal qazanmışdılar.