İsrail XİN-i futbolçuya Azərbaycana qarşı oynamağa icazə vermədi
04 sentyabr, 2013 22:35
İsrail yığması 2014-cü Dünya Çempionatı çərçivəsində Azərbaycan (7 sentyabr) və Rusiyaya (10 sentyabr) qarşı olacaq seçmə oyunlara hazırlıqları davam etdirir.
ERtv-nin “Sport-Ekspress”ə istinadən verdiyi xəbərə görə, əsas heyətin 4 oyunçusu – qolkiper Dudu Avat (“Malyorka”), müdafiəçi Tal Ben-Haim (“Standart”), eləcə də, yarımmüdafiəçilər Bibers Natho (“Rubin”) və Lior Rafaelov (“Brügge”) məşqlərin əvvəlinə qoşula bilməyiblər.
Baş məşqçi Eli Qutman Azərbaycan və Rusiyaya qarşı oyunda Braziliya əsilli müdafiəçi Qustava Bokkolidən istifadə edə bilməyəcək. Belə ki, İsrail XİN-i futbolçuya İsrail beynəlxalq pasportunu verməkdən imtina edib.