Adətən avqust ayından məhsul yığımı aparılsada pambıq hələdə çiçəkləmə və qoza dövrünü yaşayır.
ERtv-nin Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbərə görə, Aran Qarabağ bölgəsində Avqust ayında havaların qeyri sabit keçməsi pambığın yetişməsini gecikdirib.
Bu da məhsul itkisinə, eləcə də pambığın gec yetişməsi ilə nəticələnib. Fermerlərin sözlərinə görə, bu gedişlə yığıma sentyabrın sonlarında başlanılacaq. Pambığın gec yetişməsi məhsuldarlığıda aşağı salıb. Təsərrufatçıların sözlərinə görə, gecikən pambıqda məhsuldarlıq 15-20 faizə qədər aşağı düşüb.
Qeyd edek ki, bu il Bərdədə 1500 hektardan çox ərazidə pambıq əkilib. Bu isə ötən illə müqayisədə xeyli azdır.İldən ilə pambıq sahələrinin azalmasına səbəb isə məhsulun qiymətinin ucuz olmasıdı.