Xəbərlər

300 min dollarlıq xəzinə tapılıb
04 sentyabr, 2013 22:14

Sərvət axtarışı ilə məşğul olan Amerika ailəsi Florida sahillərində dəyəri 300 min dollar olan xəzinə tapıb.

ERtv “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Şmitt ailəsi Fort-Pirs şəhəri sahilindən 150 metr aralıda içərisində İspan qızılı, eləcədə, ümumi uzunluğu təqribən 20 metr olan qızıl boyunbağılar olan sandıq aşkar edib.

Xəzinəaxtaranların sözlərinə görə, bu, onların ən böyük və ən qiymətli tapıntısıdır.

Daha belə bir yaddaqalan hadisə 2002-ci ildə dəyəri 25 min dollar olan 300 yaşlı Meksika gümüş qablarının tapıntısı olub.

Tapılan qızıl əşyaların 20 faizi Florida ştatına veriləcək və bu eksponatlar muzeylərdə sərgilənəcək. Xəzinənin qalan hissəsi isə qayığın heyət üzvləri arasında bölünəcək. Xəzinə ehtimala görə, 30 iyul 1715-ci il tarixində güclü tufan nəticəsində İspan donanması gəmisi ilə birgə suda batıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.