Xəbərlər

Natiq Əliyev: “Nabucco layihəsi öz əhəmiyyətini itirməyib”
04 sentyabr, 2013 22:04

Trans Adriatik boru kəmərinin (TAP) seçilməsi digər layihə olan Nabucco Üest layihəsinin məhv olması demək deyil.

ERtv xəbər verir ki, bu sözləri sənaye və energetika naziri Natiq Əliyev bildirib.

O qeyd edib ki, hər iki layihənin öz məqsədləri olub və Nabucco layihəsi hələ ki, öz əhəmiyyətini itirməyib: “Bir tərəfdən ona görə ki, Türkiyədən Bolqarıstana qazı ötürmək mümkündürsə, sonra qaz Rumıniya, Macarıstan, Almaniya və digər ölkələrə də çata bilər.

Ancaq burada resursların həcmi də önəmlidir. Gələcəkdə Azərbaycanda qazın hasilatı və həcminin hansı istiqamətdə inkişafından asılıdır”.

Nazir qeyd edib, TAP layihəsinin seçimi qaz ehtiyatlarının tezliklə inkişafında, qaz hasilatının artırılmasında böyük sıçrayış edəcək. Onun sözlərinə görə, bu layihə Azərbaycanın partnyor olduğu xarici şirkətləri tezliklə qaz ehtiyatlatını hasilata çevirməyə məcbur edəcək:

“Mən buna əminəm ki, Azərbaycanın qaz hasil etmək imkanları çox böyükdür. Əgər bu layihələr tezliklə həyata keçirilsə, həvəs olsa, TAP layihəsində gecikmə olmasa TANAP layihəsi vaxtında işə düşsə, 2020-ci illərdən sonra Azərbaycan  təxminən 40 milyard kubmetr qaz hasil edə biləcək. Bilirik ki, 10 milyard kubmetr qaz İtaliyaya qədər ötürüləcək. Bundan artıq isə İtaliyadan şimala aparmaq effektiv olmaya bilər. buna görə də Türkiyədən digər istiqamətlərə bu daha əlverişli ola bilər”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.