Xəbərlər

“El”in Milli Şuradan “fundamental narazılığı” var
04 sentyabr, 2013 22:03

Hərəkat təmsilçiləri Milli Şuranın fəaliyyətindən narazı olduqlarını gizlətmirlər.

ERtv xəbər verir ki, “El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev APA-ya açıqlamasında Milli Şuranın son sessiyasına qatılmamalarının səbəbi və digər məsələlər haqqında danışıb.

E.Quliyev öncə hərəkatın üzləşdiyi təzyiqlər şəraitində Milli Şuradan yetərli dəstək görmədiklərini deyib:

“Əsas narazılıq isə bizə yönələn təzyiqlərin qarşılığında, heç bir dəstək nümayiş etdirməmələridir: İki həftədir “EL” Hərəkatının rəhbərliyi istintaqa çağırılır.

Amma müttəfiq olaraq, Milli Şurada təmsil olunan partiyaların heç biri dünənə qədər münasibət bildirmədi. Bununla da onlar mövqesizlik nümayiş etdirmiş oldular. Bu da təbii olaraq, bizdə narazılıq yaratdı”.

E.Quliyev narazılıq yaradan başqa məqamların olduğunu da desə də, bununla bağlı danışmaq istəmədiyini deyib:

“Təbii ki, daha fundamental narazılıq var və bununla bağlı da açıqlama veriləcək. Bundan narahat olan dostlarımıza bildirmək istəyirəm ki, ciddi narahatlığa əsas yoxdur.

Müəyyən fikir ayrılığı və çatlar var ki, bunlar da yaxın zamanlarda öz həllini tapacaq”.

Onun sözlərinə görə, təmsil etdiyi hərəkatın Milli Şurada təmsil olunan partiyalardan narazılığı parçalanmaya səbəb ola bilməz:

“Biz Milli Şuranı boykot edə bilmərik. Bəzi mətbuat orqanları yalana doğru libası geyindirərək, bizim Milli Şuranı boykot etdiyimiz haqda fikirlər səsləndiriblər. “EL” hərəkatı Milli Şuranın əsas təsisçilərindən biridir.

Bu mənada bizim bu qurumu boykot etməyimiz məntiqsizlikdir. “EL” Hərəkatının ayrılması Milli Şuranın parçalanması deməkdir. Belə bir məsələ isə yoxdur”.

“El” təmsilçisi Milli Şuradakı müttəfiqlərini səmimi olmağa da dəvət edib:

“Burada əsas məsələlər gedilən yolun səmimiliyi və düzgünlüyüdür. Biz bir addımlayırıqsa, gərək bir-birimizə qarşı səmimi olaq”.

O, Milli Şuranın ötən gün keçirilən sessiyasında üzvlərin az sayda iştirakına da öz münasibətini bildirib:

“Dünənki iclasda yetərsayın olub-olmadığını bilmirəm. Hər halda bu da bir siqnaldır.

Bu əslində Milli Şuraya, bu qurumu yaradan şəxslərə bir mesajdır. Gəlin, səhv buraxmayaq ki, mənzilbaşına çatmamış hərə bir istiqamətə getməsin”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.