Xəbərlər

Eldar Namazovun müavini xalqı Cəmil Həsənliyə səs verməməyə çağırıb
04 sentyabr, 2013 21:59

“El” hərəkatı sədrinin müavini Köçəri Nağıbəyli təmsil olunduğu Milli Şuranın namizədinin əleyhinə çağırış edib.

ERtv xəbər verir ki K.Nağıbəyli AzNews.az-a açıqlamasında Azərbaycan xalqına müraciət edərək, onları prezident seçkilərində üzvü olduğu Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə deyil, başqa bir namizədə səs verməyə çağırıb.

“El” Hərəkatı rəsmisinin xalqdan dəstək istədiyi namizəd isə ReAl Hərəkatının həbsdə olan sədri, prezidentliyə namizəd İlqar Məmmədovdur.

K.Nağıbəyli bildirib ki, bu qərar onun şəxsi seçimidir və “El” Hərəkatında bununla bağlı heç kimin fikrini öyrənməyib:

“El” Hərəkatında hamı müstəqil adamdır. Hər kəsin öz qərarı var. Mənim də qərarım odur ki, həbsdə olan mübariz bir adamı dəstəkləyim.

Buna görə də xalqa çağırış edirəm ki, seçkilərdə İlqar Məmmədovu dəstəkləsinlər”.

“El” rəsmisinin sözlərinə görə, onun bu çağırışı Milli Şuranın C.Həsənlinin namizədliyini dəstəkləməsi ilə bağlı qərarına qarşı çıxmaq deyil:

“El” Hərəkatı Milli Şuranın qərarını dəstəkləyir. Mənim bu qərarım Cəmil Həsənliyə qarşı çıxmaq sayılmamalıdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.