Xəbərlər

Azər Badamov: “Milli Şuranın iclaslarına sədrlik uğrunda “mübarizə” “boykot”ların davamlı olmasına gətirəcək”
04 sentyabr, 2013 21:52

Prezident seçkiləri, daha doğrusu, səsvermə günü yaxınlaşdıqca radikal müxalifət düşərgəsində ziddiyyətlərlə qarşılaşan, müşahidə olunan fikir ayrılıqları da çoxalmağa başlayır.

Prezident seçkiləri, daha doğrusu, səsvermə günü yaxınlaşdıqca radikal müxalifət düşərgəsində ziddiyyətlərlə qarşılaşan, müşahidə olunan fikir ayrılıqları da çoxalmağa başlayır.

Bunu ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili Azər Badamov dilə gətirib.

Onun dediyinə görə, artıq Milli Şurada nüfuzu və çəkisi çox olduğunu iddia edənlərin özlərini önə çəkməyə başlaması radikal müxalifətin birliyinin şəxsi maraqlar üzərində qurulduğunu bir daha göstərir.

Millət vəkili qeyd edib ki, cəmiyyətdə heç bir dəstək tapmadığından siyasi meydanda mübarizəyə qatıla bilməyənlərin indi isə Milli Şurada iclaslara sədrlik uğrunda necə mübarizə apardığını görürük:

 “Əlbəttə, Milli Şura iclaslarına sədrlik radikallar üçün özü də bir uğurdur və bunu seçkidə iştirak etmək kimi də dəyərləndirmək olar. Belə proseslərin davamı boykotların davamlı olmasına gətirəcək və nəticədə Milli Şuranın parçalanması ilə müxalifətçilər özlərini bir daha gülünc vəziyyətə salacaqlar.

Artıq cəmiyyətdə baş verən siyasi proseslər xalqda da qəti fikir formalaşdırır. Biz bunu bir daha  “Rəy”  Seçki Mərkəzinin avqust ayının sonunda ölkə əhalisi arasında apardığı rəy sorğusunun nəticələrindən də görürük. Respondentlərin 82%-nin hazırkı ölkə başçısı cənab İlham Əliyevin ölkədə insanların maraqlarına cavab verən siyasətçi kimi qiymətləndirməsi, onların 84%-nin öz səslərini ölkə Prezidentinə və cəmi 1,5%-nin isə müxalifətə dəstək verəcəklərini bildirməsi də bir daha dövlət başçısının alternativsiz Prezident, lider olduğunu sübut edir.

Dünyada ikinci bir dövlət başçısı yoxdur ki, cənab İlham Əliyev qədər bölgələrə səfərlər edərək, açılışlarda iştirak etsin, daima xalqın arasında olsun, insanları narahat edən məsələləri öyrənərək, onları yerindəcə tapşırıqlar versin. Artıq cənab İlham Əliyev xalqın sevimlisinə, gələcəyin ümidinə çevrilib. Belə bir dövlət başçısı olan ölkədə radikal müxalifətin heç bir gücü və şansı olmur”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.