Xəbərlər

AFFA “Bakı”nın futbolçularını sərt cəzalandırdı
03 sentyabr, 2013 22:50

Topaz Premyer-Liqasının 5-ci turunun yekunu üzrə AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub.

ERtv-nin AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, “Sumqayıt” – “Rəvan” matçının 89-cu dəqiqəsində “Rəvan” klubunun futbolçusu Ramazan Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.

İntizam Komitəsinin qərarına görə, “Bakı” klubu da ciddi cəza ilə üzləşib. Belə ki, klubun futbolçuları Cavid Hüseynov və Aqil Məmmədov “Neftçi” ilə oyunda aqressiv davranışlarına və hakimi təhqir etdiklərinə görə qırmızı vərəqə alaraq oyunu tərk etdiklərinə görə, klub 7 min manat məbləğində cərimələnib. Cavid Hüseynov 3, Aqil Məmmədov isə 4 oyunluq kənarlaşdırılıblar.

“Simurq”la oyundan sonra mətbuat konfransında iştirak etmədiyinə görə, “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze min manat məbləğində cərimə ödəməli olacaq.

“Qarabağ” və AZAL klubları isə oyunda sarı vərəqə limitini aşdıqlarına görə, hərəsi min manat məbləğində cərimə olunublar.

Bundan əlavə, İntizam Komitəsi “Xəzər-Lənkəran”ın 3-cü turda “Qarabağ”a qarşı oyunda Manuel Skarlatakenin aldığı sarı vərəqəyə yenidən baxılması üçün etdiyi müraciəti də nəzərdən keçirib. Oyundan olan videoya baxdıqdan sonra müəyyən edilib ki, futbolçu həmin an qayda pozuntusuna yol verməyib və İntizam Komitəsi Manuel Skarlatakeyə göstərilən sarı vərəqəni ləğv edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.