Xəbərlər

Xaçmazda ağır yol qəzası baş verib
03 sentyabr, 2013 22:36

Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ERtv APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 38-ci km-də, rayonun Çinartala kəndi ərazisində qeydə alınıb.

10 LN 067 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomaşınla 10 RX 047 dövlət qeydiyyatlı “VAZ-2107” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Xəsarət alan Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Kamran Məhərrəm oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.

Digər xəsarət alan “VAZ-2106”nın sürücüsü, 1987-ci il təvəllüdlü Sevindik Əlisultanov Xudat Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsindən APA-ya verilən məlumata görə, onun üzərində əməliyyat aparılır. Ölən şəxs isə “VAZ-2106”nın sərnişini, Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1942-ci il təvəllüdlü Mehriban Məmmədovadır.

Faktla bağlı araşdırma aparılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.