Adını açıqlamayan milyoner 74 “Mercedes”-i satışa çıxardı
03 sentyabr, 2013 22:30
Avtomobillər hərracda satılır.
ERtv-nin Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, adının naməlum qalmasını xahiş edən kolleksiyaçı İngiltərədə Avropanın ən böyük avtomobil hərracına qatılıb.
O, kolleksiyasındakı 74 “Mercedes-Benz”-i satışa çıxarıb.
Hərraca təqdim edilən avtomobillər arasında limuzin, idman avtomobili, klassik avtomobil və hətta bir təcili yardım maşını da var.