İqbal Ağazadənin namizədliyi qeydə alınıb
03 sentyabr, 2013 22:20
Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb.
ERtv xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK)
Sentyabrın 3-də keçirilmiş iclasında qəbul edilib.
MSK-nın iclasında bu barədə məlumat verən qurumun katibi Arifə Muxtarova bildirib ki, namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağazadənin məsələsi araşdırılıb.
Onun təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.
Bununla da, MSK-da namizədliyi qeydə alınmış iddialıların sayı 2-yə çatıb: İlham Əliyev və İqbal Ağazadə.